Kanada Ukraynaya dəstəyi gücləndirməyə hazır olduğunu bəyan edib Dünya

Kanada Ukraynaya dəstəyi gücləndirməyə hazır olduğunu bəyan edib

Kanada Ukraynaya, o cümlədən ukraynalı pilotların hazırlanması məsələsində dəstəyi artırmağa hazırdır.

APA xəbər verir ki, bu barədə bazar günü Kanadanın Baş naziri Castin Trüdo Yeddilik Qrupunun (G7) Xirosimada keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Kanada artıq Ukrayna əsgərləri ilə təlim fəaliyyətlərində fəal iştirak edir. Biz hər zaman daha çox şey etməyə hazırıq. Mən Ukraynaya başqa yollarla, ölkənin hərbçilərinin və potensial pilotların daha da təlim keçməsi formasında kömək etməyə etiraz etmirəm”, o deyib.

Trüdo xatırladıb ki, Kanada 2015-ci ildən Ukrayna hərbçilərinə təlim keçib və bu müddət ərzində 35 min nəfərə təlim keçib.