Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
23 May 2023 12:08
1 967
Niderland Ukraynaya F-16 qırıcıları tədarük edən ilk Avropa ölkəsi ola bilər.
APA xəbər verir ki, bunu “Politico” nəşri yazıb.
Nəşrin sözlərinə görə, heç bir Avropa ölkəsi Kiyevə qırıcı təyyarələrin tədarükünə başlamağa hələlik hazır deyil, lakin Ukrayna bu ilin payızına qədər F-16 təyyarələrini ala bilər və ilk partiya Niderland tərəfindən göndərilə bilər.
Xatırladaq ki, 21 mayda ABŞ Prezidenti Co Bayden Hiroşimada keçirilmiş “Böyük Yeddilik” ölkələri (G7) sammitindən sonrakı mətbuat konfransında bəyan etmişdi ki, Qərb dövlətləri F-16 da daxil olmaqla, dördüncü nəsil döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlimlərə başlayacaq.