ABŞ Şimali Koreyadan olan təşkilatlara və şəxslərə qarşı sanksiyalar tətbiq edib Dünya

ABŞ Şimali Koreyadan olan təşkilatlara və şəxslərə qarşı sanksiyalar tətbiq edib

ABŞ hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) 4 qurumuna və bir fərdi şəxsinə ölkənin nüvə silahı proqramının inkişafı üçün qanunsuz kiber fəaliyyətə görə yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, ABŞ-nin Xəzinə Departamenti həmin qurumları və şəxsi “qara siyahı”ya daxil edilib. Sanksiya tətbiq olunan qurumlar Baş Kəşfiyyat İdarəsi üçün kadrlar hazırlayan Pxenyan Avtomatlaşdırma Universiteti, idarənin nəzarətində olan texniki kəşfiyyat bürosu və onun kiber bölməsi, Çinyonq informasiya texnologiyaları əməkdaşlığı şirkətidir.
ABŞ Xəzinə Departamenti hesab edir ki, texniki kəşfiyyat bürosu Şimali Koreyanın kiber hücum taktikaları və üsullarının inkişafı ilə məşğuldur. Çinyonq informasiya texnologiyaları əməkdaşlığı şirkəti isə Rusiya və Laosda cəlb etdiyi İT işçiləri vasitəsilə KXDR-in qanunsuz kiber fəaliyyətinə dəstək olur. Sanksiya tətbiq olunan fərdi şəxs isə sözügedən şirkətin Vladivostokdakı nümayəndəsi olduğu iddia edilən Kim Sanq-Mandır. Onun həmin ölkələrdəki işçilərin maaşlarının ödənilməsi ilə məşğul olduğu bildirilir.