Ukraynanın Müdafiə Nazirliyi təkzib etdi Dünya

Ukraynanın Müdafiə Nazirliyi təkzib etdi

"PDM-lərin tanınma nişanları silinməsi bir daha göstərir ki, bunlar başqa bir yerdə lentə alınıb"

Ukrayna müdafiə nazirliyi Kramaotrskda separatçıların rus hərbçilərirnin yardımı ilə orduya məxsus 6 PDM-in ələ keçirilməsi barədə məlumatları təkzib edib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirliyin məlumatında bildirlir ki, bu informasiyalar həqiqəti əks etdirmir və yalandır.
Məlumatda qeyd olunur ki, foto və videolarda nümayiş etdirilən PDM-lərin tanınma nişanları silinməsi bir daha göstərir ki, bunlar başqa bir yerdə lentə alınıb və ictimaiyyəti aldatmaq məqsədi güdür.
Qeyd edək ki, ötən gün müdafiə naziri Kramatorskda yaranmış vəziyyəti arşdırmaq üçün regiona gedib. Baş nazirin birinci müavini Vitali Yarema bildirib ki, müdafiə naziri orada hərbi texnikanın separatçıların ələ keçirilməsi barədə məlumatı araşdırmaq və vəziyyəti yerində öyrənmək məqsədi ilə Kramatorska yollanıb.
Baş nazirin müavini onu da əlavə etdi ki, hökumət Donetskdə fövqəladə vəziyyət elan etmək niyyətində deyil və belə bir fikir də yoxdur.
Qeyd edək ki, Ukraynaya məxsus hərbi texnikanın rus separatçıları tərəfindən ələ keçirilməsi barədə məlumatların yayılmasından az sonra ölkə prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov müvafiq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandanı Stepan Poltorakı vəzifəsindən azad edib.
Bu barədə A.Turçinovun mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, ötən çərşənbə axşamı Ali Rada Stepan Poltorakı Milli Qvardiya komandanı təyin edib.