

Türk Hava Yolları (THY) İdarə Heyətinin sədri Ahmet Bolat artan təyyarə ehtiyacını qarşılamaq üçün 355 təyyarə almağı planlaşdırdıqlarını və ilk tədarüklərin 2026-cı ildə olacağını açıqlayıb. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,
THY-nin dünyanın 7-ci ən böyük hava yolu şirkəti olmaq yolunda mühüm addımlar atdığını ifadə edən İdarə Heyətinin sədri Bolat, cəmi 950 təyyarə parkına çatacaqlarını açıqlayıb.
ABŞ-da jurnalistlərin suallarını cavablandıran Bolat yeni təyyarə alımı ilə bağlı açıqlamasında bunları deyib: “Londondan Uzaq Asiyaya qədər bölgənin yeganə böyük hava yolu şirkəti olmağın ən mühüm problemi olan hava limanı problemini həll etdik. İstanbul Hava Limanı istifadəyə verildi. 2033 strategiyası çərçivəsində ABŞ kimi "Uzaq ölkələr bizim üçün əhəmiyyətli bir hədəfdir. Keçən həftə artan təyyarə ehtiyacını qarşılamaq üçün “Airbus” şirkəti ilə danışıqlar apardıq. 355 təyyarə alacağıq. Bu sifarişlər çərçivəsində ilk tədarüklərə 2026-cı ildə başlanacaq”.