Fransa Rusiyanın hərbi cinayətlərə görə məhkəməsini istəyir Dünya

Fransa Rusiyanın hərbi cinayətlərə görə məhkəməsini istəyir

Fransa prezidenti Fransuas Holland Rusiyaya qarşı, Suriyanın ikinci böyük şəhəri sayılan Hələbin bombalanmasına görə hərbi cinayətlərdə ittihamların irəli sürülməsinin mümkünlüyünü bildirib. Holland Fransa televiziyasına müsahibəsində bildirib ki, məsələ beynəlxalq cinayət məhkəməsinin müzakirəsinə verilə bilər. Holland daha əvvəl bildirib ki, Rusiya prezidenti Vladimir Putin ilə 19 oktyabra nəzərdə tutulmuş görüş baş tutmaya bilər. "Mən onu (Putini) qəbul etsəm də, ona bildirəcəm ki, bu, yolverilməzdir. Bu həmçinin, Rusiyanın imicinə ciddi ziyan vura bilər"-, Fransa lideri bildirib.
Ötən həftə Rusiya Fransa və İspaniya ilə birgə hazırlanmış Hələbin yaşayış rayonlarının bombalanmasına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub. Moskva mülki obyektlərə hava zərbələrinin endirilməsini təkzib edir və bəyan edir ki, onun hədəfi Suriyada fəaliyyət göstərən terrorçu qruplaşmalardır. Nə Moskva, nə də Suriya Beynəlxalq cinayət məhkəməsinin üzvüdür.
Rusiyanın hərəkətlərində cinayət tərkibinin araşdırılması üçün Hollandın çağırışı Fransanın XİN başçısı Jean-Marc Ayraultun "Paris Beynəlxalq cinayət məhkəməsinin prokuroruna üsyançıların nəzarətində olan şərqi Hələbə endirilmiş zərbələr barədə araşdırmaya başlamaq üçün imkanlar axtarır"- çıxışı ilə eyni zamanda səslənib. ABŞ dövlət katibi Con Kerri də Rusiya ordusunun Suriyada Bəşər Əsəd rejiminə dəstək üçün hərəkətlərinndə mümkün hərbi cinayətləri araşdırmağı təklif edib. Cavabında Lavrov bəyan edib ki, ABŞ siyasətinin Moskvaya münasibətinin əsasında aqressiv rusfobiya dayanır.