Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
29 Fevral 2024 16:38
3 353
“Erməni milyarder Kaspar Karapetyan Avropa Parlamentinin (AP) bir sıra deputatlarını sanki dirijor çubuğu ilə idarə edir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki, misal üçün K.Karapetyan Avropa Parlamentində və Aİ-dəki bəzi rəsmiləri maliyyələşdirərək onların əli ilə Aİ-nin Rusiyanın brilyant biznesinə sanksiya tətbiqinə mane olur: “Onu da qeyd edim ki, almazlar Rusiyadan Belçikaya gətirilir, orada cilalanır və satılır. Ermənistandan da almazlar eyni qaydada Belçika vasitəsilə cilalanıb satılır. Məhz Karapetyanın biznesi bunun üzərində qurulub və Avropa Parımenti deputatlarına verilən rüşvətin mənbəyi budur.
Karapetyanın brilyant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır. Bu mənada Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin deputatları Azərbaycanı hədəf alır.
Aydın məsələdir ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Buna görə də həmin qətnamələr nəzərimizdə əhəmiyyət daşımır. Məsələyə sadəcə “it hürər, karvan keçər” misalı ilə yanaşmaq lazımdır”.