Kainatı idarə edən “sui-qəsd ordusu” Dünya

Kainatı idarə edən “sui-qəsd ordusu”

ABŞ-ın gizli "sui-qəsd ordusu" kimi tanınan JSOC xüsusi təyinatlı dəstəsi Mosul əməliyyatında aktiv rol almağa başlayıb. Bu haqda ABŞ-ın müdafiə naziri Eşton Karter İŞİD əleyhinə yaratdığı koalisiyanın 13 üzvü ilə keçirdiyi iclasdan sonra deyib.
"Sui-qəsd ordusu"nun Rakka əməliyyatında da mühüm rol oynayacağı bildirilir. 2011-ci il sentyabrın 11-də ABŞ-da həyata keçirilən hücumlarından sonra sui-qəsd, edam, gizli işgəncə və adam qaçırma kimi əməliyyatlar həyata keçirən JSOC uzun müddətdir İraq və Suriyada bəzi yerli güclərə hərbi təlim keçir.
11 sentyabr terror aktından sonra təlimatları birbaşa Ağ Evdən alan JSOC sui-qəsd, edam, gizli işgəncə və adam qaçırma kimi əməliyyatlarda ABŞ Mərkəzi Kəşfiyat Agentliyini (CİA) geridə buraxıb. Son 10 ildə şəxsi heyətini 25 minə çatdıran JSOC minlərlə insanı edam edib.
JSOC yalnız Əfqanıstanda 2008-ci ildə 550 hədəfi vuraraq 1000-ə yaxın adamı öldürüb. 2009-cu ildə həyata keçirilən 464 əməliyyatda isə 500 adam öldürülüb. İraqda 2005-ci ildə ay ərzində təxminən 300 əməliyyat təşkil edilib. JSOC-dan danışan bir səlahiyyətli "Kainatı idarə edən gücük, amma görünə bilmərik. CİA-nın bizim etdiyimiz şeyləri etməyə gücü və səlahiyyəti yoxdur" sözlərini işlədib.
JSOC keçmiş prezident Corc Buş və xələfi Barak Obamanın əmri ilə İraq, Suriya və Əfqanıstanla yanaşı, ABŞ-ın rəsmi olaraq döyüşdə olmadığı Yəmən, Pakistan, Somali, Filippin və Nigeriya kimi ölkələrdə əməliyyatlar həyata keçirib.
Ağ Ev JSOC-a "qara siyahı"dakı şəxsləri tutmayaraq birbaşa öldürmək üçün səlahiyyət verir. JSOC ölüm siyahısını CİA-dan ayrı hazırlayır. Xüsusi forma geyinməyən qruplar "Şimali Virciniya gizli ordusu", "Vəzifə gücü 11" və "Vəzifə gücü 121" kimi adları götürür. JSOC-un ilk vəzifəsi 1980-ci ildə Tehrandakı ABŞ səfirliyində girovların azad edilməsi məqsədilə təşkil edilən "Şahin pəncəsi" əməliyyatı idi. Qrupu daşıyan vertolyot qəzaya uğrayıb və əməliyyat fiyasko ilə nəticələnib.