"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
16 Aprel 2024 10:06
4 347
Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Culfa gömrüyü vasitəsilə qeyri-neft məhsul ixracı öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə dəyər baxımından 24%, çəki baxımından 42% artıb.
Trend-in məlumatına görə, bunu İranın Culfa gömrük idarəsinin baş direktoru Məhəmməd Xəlili deyib.
Onun sözlərinə görə, ötən İran ilində Culfa gömrüyü vasitəsilə 189 milyon dollar dəyərində 324 min ton qeyri-neft məhsulu ixrac olunub.
Xəlili bildirib ki, ötən il Culfa gömrüyü vasitəsilə, əsasən, çərəz, quru meyvə, neft məmulatları, boya və sairə ixrac edilib. Bu məhsullar, əsasən, Türkiyə və Azərbaycana göndərilib.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən İran ilində İranın qeyri-neft məhsul ixracı 49,3 milyard dollar dəyərində 136 milyon tondan çox təşkil edib. İranın qeyri-neft məhsul ixracı öncəki illə müqayisədə dəyər baxımından 8,87% azalıb, çəki baxımından 9,82% artıb.
28 Sentyabr 17:04
693
28 Sentyabr 15:29
749
28 Sentyabr 15:07
812