Tramp kabinetə ilk qadın kimi Nikki Haley və Betsy DeVosu seçir Dünya

Tramp kabinetə ilk qadın kimi Nikki Haley və Betsy DeVosu seçir

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp gələcək administrasiyasına ilk qadın əməkdaşlar seçib. Cənubi Karolina qubernatoru Nikki Haley BMT-də ABŞ elçisi və Betsy DeVos isə təhsil katibi təyin edilib. Onların hər ikisi Trampın keçmiş tənqidçiləri olub. Trampın prezident olaraq əsas rəqibi olan Ben Karsonun da hər hansı posta təyin olunacağı gözlənilir.
"Amerikanı yenidən qüdrətli etməyə yardım etməkdə mənim rolumun nədən ibarət olacağı haqda elan gözlənilir", - cənab Karson öz facebook səhifəsində yazıb. Tramp tvit atıb ki, o "ciddi olaraq" cənab Karsonu ABŞ Departamentinin Yenidənqurma və Şəhərsalma vəzifəsində görür. Haley və DeVosun təyinatlarının Respublikaçılar tərəfindən idarə olunan Senatın təsdiqləməsi lazımdır.
Tramp xanım Haleyi "təcrübəli danışıq aparan" insan adlandırıb və "çoxlu anlaşmalar əldə edəcəyinə" ümid etdiyini deyib. Haley deyib ki, o təyinatının təsdiq olunmasına qədər gözləyəcək və ona qədər Cənubi Karolina qubernatoru kimi qalacaq. Respublikaçıların praymerizi dövründə o, Florida senatı Marco Rubio və sonradan isə Texas senatoru Ted Kruzu dəstəkləyib.
Haley həmçinin cənab Trampın müsəlman immiqrantlarla bağlı fikrini qəti tənqid edərək onu "qeyri-Amerikan" adlandırıb. Buna cavab olaraq cənab Tramp onu "qeyri-leqal immiqrasiyada çox zəif" adlandırmış və demişdi ki, Cənubi Karolina xalqı ona görə "utanır". 44 yaşlı xanım Haley Cənubi Karolinanın ilk azsaylı qadın qubernatoru olub.
Xanım DeVos da vəzifəyə təyinatından məmnunluq ifadə edib. O da seçki kampaniyası dövründə cənab Trampın rəqibləri olan Carly Fiorina, Marco Rubio və Jeb Bushni dətəkləyənlərdən olub. Xanım DeVos da əvvələr cənab Tramp və digər konservativlər tərəfindən kəskin tənqid edilən Ümumi təhsil baza standartlarını dəstəkləyənlərdən olub. Buna baxmayaraq Tramp deyib ki, xanım DeVos "əla və həvəsli təhsil çarçısı ola bilər".