“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
23 May 2024 14:23
3 381
“İsrailin müdafiə naziri Yoav Qallant Benyamin Netanyahu ilə fikir ayrılığı içərisindədir. Müdafiə naziri baş naziri Qəzza ilə bağlı gələcək planının olmamasında ittiham edib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, müdafiə nazirinin məntiqi anlaşılandır: “Benyamin Netanyahunun konkret planı yoxdur. Tutaq ki, Qəzza tam nəzarətə götürüldü, bəs sonra, fələstinlilər harda yaşayacaqlar, təhlükəsizlik məsələləri necə həll olunacaq? Məsələ burasındadır ki, İsrail ordusu əbədi olaraq Qəzzada qala bilməz, bu həm böyük maliyyə, həm də İsrailə daimi təzyiq deməkdir”.