10 İyul 2024 08:31
1 764
Qərb yaxın aylarda Ukraynaya daha beş strateji hava hücumundan müdafiə sistemi göndərəcək.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden məlumat verib.
O qeyd edib ki, Kiyevə əlavə beş strateji hava hücumundan müdafiə sistemi üçün avadanlıq ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliya tərəfindən veriləcək.