İrəvanda müəllimlər etiraz aksiyası keçiriblər Dünya

İrəvanda müəllimlər etiraz aksiyası keçiriblər

Ermənistanın paytaxtı İrəvanda müxtəlif məktəblərin müəllimləri Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.
APA-nın "NEWS.am"a istinadən verdiyi xəbərə görə, etirazçılar təhsil naziri Armen Aşotyandan müəllimlərin əmək haqlarından yeni tətbiq olunan icbari pensiya ödənişlərinin tutulmamasını tələb ediblər.
Məlumata görə, müəllimlərə "Mən əleyhinəyəm" vətəndaş hərəkatının üzvləri də qoşulub. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Onlar inzibati binanın qarşısında canlı sədd yaradaraq etirazçıların binaya daxil olmalarına mane olublar.
"Bu biabırçılıqdır. Mən cəmi 32 min dram maaş alıram, bu məbləğdən 2 min dram tutulacaq. Bizim maaşların məbləğini nəzərə alsaq, bu çox böyük məbləğdir", deyə etirazçılardan biri "NEWS.am"a bildirib.