

“İsrailin davam edən hücumları və İsrail rəsmilərinin təxribatçı bəyanatları Qəzzada davam edən münaqişələrin regional müharibəyə çevrilməsi və yeni fəlakətlərə səbəb olması riskini artırır”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında deyib: “İsrail təyyarələrinin Yəmənə endirdiyi hava zərbələri və İsrail-Livan sərhədində gərginliyin artması regional sülh və sabitliyi təhdid edir. 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılması beynəlxalq hüququn tələbidir. Əslində, Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin torpaqlarında məskunlaşmalarının beynəlxalq hüquqa zidd olduğunu son qərarında açıq şəkildə ifadə edib”.