Yaponiyada radioaktiv su sızması baş verib
23 Dekabr 16:18
23 Dekabr 16:18
23 Dekabr 12:49
23 Dekabr 11:39
1 Avqust 2024 11:51
2 877
Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın “point.md” portalına istinadən xəbərinə görə, ona Rusiya tərəfinin adı hallandığı “cəsusluq işi” ilə bağlı etiraz notası təqdim olunacağı bildirilib.
Bu arada, sözü gedən cinayət işinin istintaqı çərçivəsində müəyyən edilib ki, Moldova Parlamentinin və Sərhəd Xidmətinin iki əməkdaşı onlara bu fəaliyyəti həyata keçirməkdə dəstək verib. Həmin şəxslər öz mənafeləri naminə ölkənin zərərinə istifadə oluna biləcək strateji məlumatları Rusiya tərəfinə təqdim edib.
Qeyd edək ki, təqribən bir il əvvəl də iki dövlət arasında analoji qalmaqal yaşanıb. Bundan sonra Moldova hökumətinin tələbi ilə Rusiyanın bu ölkədəki diplomatik təmsilçiliklərinin sayı əhəmiyətli dərəcədə azaldılıb. Bu dəfə də analoji addımların atılacağı istisna edilmir.
23 Dekabr 21:42
952
23 Dekabr 20:40
994
23 Dekabr 19:54
980
- FOTO
- FOTO