Tramp Rusiya ilə təmaslara keçməyə başlayıb Dünya

Tramp Rusiya ilə təmaslara keçməyə başlayıb

ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danford Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşəcək. Pentaqon bildirir ki, görüşdə ABŞ və Rusiya arasında hərbi münasibətlərin mövcud vəziyyəti müzakirə olunacaq. "Generallar Danford və Gerasimov "potensial böhranların və yanlışlıqların aradan qaldırılması məqsədi ilə hərbçilər arasında aydın və ardıcıl əlaqələrin mühümlüyünü" müzakirə edəcəklər".
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq bildirib ki, görünür Tramp Rusiya ilə təmaslara keçməyə başlayıb. Və ilk müzakirə olunacaq təbii ki, Suriyada hər iki ölkənin İŞİD-ə qarşı və terrrorizmlə mübarizə sahəsi olacaq. Həmçinin Şərqi Avropada ABŞ ordusunun yerləşdirilməsi müzakirə olunacaq məsələlərdən biridir. Rusiya sərhədlərində başda ABŞ olmaqla NATO-nun qoşunları, Rusiyanın narahatlığını artırıb və Qərb sərhədlərində ordusunu döyüşə hazır vəziyyətə saxlayıb:
"Qeyd edim ki, Suriyada ABŞ İŞİD-ə qarşı sarsıdıcı əməliyyatlara start verib. ABŞ-ın təyyarə daşıyan gəmilərdən qalxan qırıcılar, İŞİD -ə sarsıdıcı zərbələr vurmaqdadır. Görünür, terrora qarşı əməliyyatlar, Suriyada aktiv rol oynayan Rusiya ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək üçün görüşdə razılıq əldə olunacaq . İki ölkənin yüksək baş qərargah rəislərinin Bakıda-Xəzər dənizi sahilində görüşünün keçirilməsi isə, Azərbaycanın geosiyasi üstünlüyünü və hər iki ölkə ilə normal əlaqələrindən irəli gəlir. Qeyd edim ki, Bakı görüşü, ABŞ və Rusiya əlaqələrinin normallaşması istiqamətində ilk görüş olacaq. Tərəflər Şərqi Avropada demək olar ki, müharibə vəziyyətindədir. Şərqi Avropa məsələsində tərəflərin razılığa gəlməsi gözlənilmir. Yaxın Şərq mövzusu isə, aktual olaraq əsas müzakirə predmeti olacaq. ABŞ və Rusiya Azərbaycanın regionda tutduğu mühüm mövqeyini nəzərə alıb, görüşü Bakıda uyğun görüblər. Bu iki ölkə istəsəyərsə, belə bir görüşlər və diqqət Qarabağ münaqişəsinin həllinə də yönləndirilə bilər. Hesab edirəm ki, Bakı görüşündə Cənubi Qafqazda təhlükəsizlik məsələləri xüsusilə, Qarabağ münaqişəsidə müzakirə olunacaq. Hazırkı Ağ Ev də olan respublikaçılar, Cənubi Qafqaza xüsusi diqqət ayırırlar. Amma, hələ ki bu iki ölkə Qarabağ münaqişəsinə bir o qədər də həvəsli görünmür. Suriyada proseslərin bundan sonrakı inkişafı və atılacaq addımlar, həmçinin ABŞ-Rusiya əlaqələrinin bundan sonrakı perspektivləri Bakı görüşündə aydın ola bilər və belə bir görüşlərin davamlı olması barədə razılığa gəlinəcək".