18 Mart 23:40
18 Mart 23:36
18 Mart 23:34
1 Dekabr 2024 20:37
3 542
Xarici dövlətlər gürcü diplomatlara təzyiqlər edirlər. Bu qəbuledilməzdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.
“Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmətinə edilən təzyiqi və təxribat çağırışını pisləyir. Suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə cəhdləri yolverilməzdir”, - bəyanatda deyilir.
Qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığı və qrantlardan imtina edildiyi barədə açıqlamasından sonra Tiflisdə müxalifətin davamlı aksiyaları keçirilir. Aksiyaya Prezident Zurabişvili də dəstək verir. Eyni zamanda, AB ilə üzvlük danışıqlarının dayandırılmasına qarşı Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, o cümlədən ABŞ, Niderland, Bolqarıstan və Litva səfirləri istefa verib.
18 Mart 23:45
1 155
18 Mart 23:40
1 134
18 Mart 23:40
1 197