

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
İran ordusu bir neçə ölkəyə təcili mesaj göndərərək, Suriya silahlı müxalifətin danışıqlar üçün yaxın 12 saat ərzində silahlarını yerə qoymasını tələb edib. Əks halda bütün hərbi gücünü Suriyada münaqişəyə cəlb edəcəyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, belə bir iddia ilə İran mediası çıxış edib.
Buna baxmayaraq, ekspertlər İranın Suriyaya hərbi müdaxilə imkanının olmadığını bildirib. Belə ki, Suriya Ali Komandanlığı artıq təslim olub və hakimiyyətin ötürülməsinə hazırlıq başlayıb. Bu halda İranın Suriyaya ordu yeritməsi daxili işlərə müdaxilə və işğal sayıla bilər və İrana qarşı böyük dövlətlərin hərbi zərbələrinə gətirib çıxarar.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” bu gün Suriya paytaxtı Dəməşqi nəzarətə götürüb və Əsəd rejiminin devrildiyini rəsmən elan edib. İraq Baş naziri Məhəmməd Qazi əl-Cəlali müxalifətlə əlaqə yaratdığını və hakimiyyəti ötürməyə hazır olduğunu bildirib.
Bəşər Əsədin harada olduğu isə bilinmir. Onu Suriyadan aparan Rusiya İl-76 təyyarəsinin qəzaya uğradığı və Əsədin öldüyü xəbərləri də yayılıb.