Çin səfiri: Pekin Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləməyə davam edəcək
Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib
Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb
IEA: Qlobal bərpa olunan enerji gücləri 2026-2031-ci illərdə 4800 giqavat artacaq
9 Dekabr 2024 08:04
3 017
Hüquq-mühafizə orqanları noyabrın 28-dən Gürcüstanda etiraz aksiyalarında iştirak edən 400-dən çox insanı saxlayıb.
APA xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Noyabrın 28-dən davam edən etiraz aksiyası çərçivəsində 30-dan çox şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib. Bundan başqa, 372 nəfər inzibati qaydada tutularaq barələrində iş başlanılıb, onlardan 62 nəfərə artıq inzibati həbs, 100-dən çox şəxs isə cəza növü üzrə cərimə olunub”, - məlumatda deyilir.
Nazirlik onu da əlavə edib ki, aksiyalar zamanı 150-dən çox polis əməkdaşı xəsarət alıb.