“Bu şəxslərdən prezident seçilənin fikirlərinin seçkidən sonra dəyişib-dəyişməyəcəyini zaman göstərəcək” Dünya
Musa Qasımlı: "Ancaq Fransanın siyasətinin köklü surətdə dəyişəcəyini gözləmirəm"
Oleq Kuznetsov: "Marin Le Pen yalnız ermənilərə olan sevgisi ilə fərqlənmir"
Fransada prezident seçkiləri ilə bağlı namizədlər arasında rəqabət gücləndikcə, müxtəlif vədlər və iddialar da artmağa başlayıb. Artıq bir dəfə qatı ermənipərəstlik nümayiş etdirən namizədlərdən biri – Benua Amon ölkəsində dərc edilən "Nouvelles d’Armeni" fransız dilli erməni nəşrinə müsahibəsində həyasızlığı əks etdirən vəd verib. O, "erməni genosidi"ni 20-ci əsrin nəhəng hadisəsi adlandırıb və bunu erməni əsilli fransalılar üçün, həmçinin bəşəriyyət və Fransa üçün "travma" adlandırıb. Benua Amion hətta vəd verib ki, prezident seçilərsə, İrəvanda keçiriləcək "qondarma erməni soyqırımında həlak olanların anım mərasimi"ndə iştirak edəcək. O, hətta bir az da irəliyə gedərək, bir gün bu arzusunu İrəvanda reallaşdıracağını da həyasızcasına bəyan edib.
Qeyd edək ki, bu namizəd daha öncə iddia etmişdi ki, guya İosif Stalin Dağlıq Qarabağı zorla Ermənistandan ayıraraq, Azərbaycanın tərkib hissəsinə qatmışdı.
Xatırladaq ki.Fransada keçiriləcək prezident seçkilərinin birinci turu aprelin 23-nə təyin olunub. İkinci tur isə iki həftə sonra – mayın 7-də baş tutacaq. Ümumilikdə seçkilərdə 11 namizəd iştirak edir. Fransada keçirilən sorğular nəticəsində Benua Amon namizədlər arasında qeyri-ciddi namizəd kimi qiymətləndirilib.
Millət vəkili, professor Musa Qasımlı bildirib ki, prezidentliyə namizəd olan bu şəxslərin səsləndirdikləri fikirlər onların tarixdə olmayan və uydurulmuş "erməni soyqırımı" və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi haqqında real həqiqətləri bilmədiklərini, erməni lobbisi və diasporasının təsiri altında olduqlarını göstərir. Deputatın fikrincə, bu namizədlərin səs qazanmaq üçün seçkiöncəsi apardıqları təbliğat üsullarından biridir.
M. Qasımlı bildirib ki, bu şəxslərdən prezident seçilənin fikirlərinin seçkidən sonra dəyişib-dəyişməyəcəyini zaman göstərəcək: "Ancaq Fransanın siyasətinin köklü surətdə dəyişəcəyini gözləmirəm".
Rusiyalı politoloq Oleq Kuznetsov vurğulayıb ki, Fransada prezidentliyə namizəd Marin Le Pen yalnız ermənilərə olan sevgisi ilə fərqlənmir: "Həmçinin, onda islamofibiya var ki, bunu isə immiqrantlarla mübarizə maskası altında gizlədir".
Politoloq hesab edir ki, onun bu mövqeyi heç də təəccüblü deyil: "O, əsası atası tərəfindən qoyulmuş "Milli Cəbhə" partiyasının ideologiyanı davam etdirir. Onun ataıs Le Pen gənc yaşlarında desant olub, Əlcəzairdə yerli əhalinin azadlıq istəyinə qarşı vuruşub. Le Pen siyasi karyerasına Fransanın sabiq prezidenti Şarl de Qollun rəqibi kimi başlayıb".
O.Kuznetsov bildirib ki, atasının varisi olaraq partiyanın rəhbəri olmaq və onun ideologiyasını davam etdirməmək Marin Le Pen üçün mənasızlıq olardı: "Fransalı namizədin bütün ərəb dünyasına və müsəlmanlara qarşı çıxmağında təəccüblü heç nə yoxdur. Bu mənada ermənilərin Türkiyəyə qarşı tələblərini dəstəkləməsi tam şəkildə partiyasının ideologiyası ilə üst-üstə düşür.
Marin Le Penin prezident olmaq istəyinin reallaşması isə inandırıcı görünmür. O, heç vaxt Fransanın prezidenti olmayacaq, bunun üçün prespektiv görmürəm. Əmin deyiləm ki, Fransada olan Ermənistan diasporu onu dəstəkləyəcəklər. Ona görə ki, bu ölkədə ermənilər ənənəvi olaraqya sosialistlərə, ya da liberallara dəstək verirlər. Rusiyanın siyasi palitrasında Fransanın "Milli cəbhə"sinin analoqu (oxşarı) olaraq "Rusiya Federasiyası Kommunist Partiyası"nın adını çəkərdim. Bu, ənənəvi populizm partiyasıdır ki, onun mövcudluğu, cəmiyyətdə müxalif əhval-ruhiyyəli sosial nizamın mütləq qaydada mövcudluğu səbəbindən təhlükəsizdir. Bu mənada Marin Le Pen və Qennadi Zyuqanovun mövqelərində çox oxşarlıqlar var və onlar heç vaxt prezident olmayacaqlar".