

4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Litva Prezidenti Gitanas Nauseda Kalininqradı ölkənin tarixi şəhəri adlandırıb.
Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, Nauseda bu barədə X hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, Rusiya nə qədər çalışsa da, Litvaya məxsus Karalyauçyus şəhəri heç vaxt Kalininqrad olmayacaq:
“Rusiyanın Litva ədəbiyyatının klassiki Kristijonas Donelaitisə həsr olunmuş muzeyin adının dəyişdirilməsi qərarı tarixi yenidən yazmaq üçün növbəti qəbuledilməz cəhddir. Sırada nə var? Kitabların yandırılması? Hazırda Kalininqrad vilayətinin bir hissəsi olan Kiçik Litvanın köhnə sakinləri çoxdan yoxa çıxsalar da, orada Litva mədəniyyətinin son əlamətləri qorunmalıdır. Rusiya nə qədər çalışsa da, Karalyauçyus Kalininqrad olmayacaq”.
Qeyd edək ki, 1946-cı ilə qədər Köniqsberq kimi tanınan Kalininqrad Litva və Polşa arasındakı Rusiyanın anklavı olan Kalininqrad vilayətinin ən böyük şəhəri və inzibati mərkəzi kimi qəbul edilir.