“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
13 Yanvar 2025 10:17
2 198
İndiyədək Rusiyanın Kursk vilayətində Şimali Koreyanın 300 nəfər hərbçisi ölüb, 2700 nəfəri isə yaralanıb.
APA-nın “Yonhap” agentliyinə istinadən xəbərinə görə, bu barədə məlumatı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti yayıb.
Bildirilib ki, bu yüksək göstəricinin səbəbi ölkənin ordusunun müasir müharibə texnologiyasından anlayışı olmaması, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə edə bilməməsidir.
Kəşfiyyat məlumatlarına əsasən, Koreya Xalq Demokratik Respublikasından olan komandirlər hərbçilərə əsir düşməmək üçün intihar etmək əmrini verib.
Aralarında kəşfiyyatçıların da olduğu əsirlər isə ölkələrinə göndərilməkdən imtina ediblər.