İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
22 Yanvar 2025 00:47
2 387
Təl-Əviv Rusiya istehsalı olan silahları Kiyevə ötürməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi “Facebook”da məlumat yayıb.
Məlumata görə, Ukraynanın səfiri Yevgeni Korniyçuk İsrail xarici işlər nazirinin müavini Şarren Haskel ilə görüşüb.
“Görüş zamanı səfir İsrail Müdafiə Qüvvələri tərəfindən Livanda və ya başqa yerlərdə İsrailin düşmənlərindən ələ keçirilən Rusiya istehsalı silahların Ukraynaya verilməsi təklifinə görə nazir müavininə minnətdarlığını bildirib”, - məlumatda deyilir.