Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
17 Mart 11:42
3 626
Məhkəmə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib.
APA-nın müxbiri xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Mixail Cincolianın qərarı ilə Saakaşvili 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sabiq Prezident əlavə olaraq büdcə vəsaitlərini mənimsəmə ittihamı ilə 8 il, ümumilikdə isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmün elan edilməsi zamanı məhkəmə zalında olan Saakaşvilinin tərəfdarları “qullar” şüarları ilə etiraz ediblər. İclasda Saakaşvili şəxsən iştirak etməyib.
Qeyd edək ki, bu, Tbilisi şəhər məhkəməsinin son günlərdə Saakaşvili işi üzrə çıxardığı ikinci hökmdür. İndi ona qarşı 7 noyabr epizodu ilə bağlı yalnız bir cinayət ittihamı qalıb.
24 Oktyabr 22:16
728
24 Oktyabr 21:24
819
24 Oktyabr 20:24
833