Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
20 Aprel 2025 18:03
2 492
ABŞ-la danışıqlar səmərəli ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı italiyalı həmkarı Antonio Tayani ilə telefon danışığı zamanı deyib.
O bildirib ki, İran və ABŞ arasında xoşməramlılıq və realizm davam edərsə, danışıqlar səmərəli ola bilər.
Arakçı, həmçinin Omanda keçirilən danışıqların konstruktiv olduğunu qeyd edib.
Tayani də öz növbəsində İranın məsuliyyətli yanaşmasını yüksək qiymətləndirib.
O, həmçinin İtaliyanın bu diplomatik prosesin irəliləməsinə kömək etməyə hazır olduğunu bir daha bəyan edib.