Nigeriyada qan donduran hücum: 15 fermer həlak olub Dünya

Nigeriyada qan donduran hücum: 15 fermer həlak olub

Nigeriyanın şimal-qərbindəki Kebbi əyalətində silahlı hücum nəticəsində 15 fermer həlak olub.

Mətbuatda çıxan xəbərlərə görə, əyalətin Danko Vasaqu bölgəsindəki tarlaya gedən fermerlər Lakurava silahlı qruplaşmasının hücumuna məruz qalıb. Hücum nəticəsində 15 fermer həyatını itirib, 3-ü yaralanıb.

Kebbi əyaləti qubernatorunun müavini Umar Tafida hücum yerinə baş çəkərək həyatını itirənlərin ailələri ilə görüşüb. Tafida, əyalət hökumətinin fermerlərin əkin sahələrinə təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün lazımi addımlar atacağını söyləyib.

Bildirək ki, Nigeriya uzun müddətdir ki, müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin Boko Haram və ISWAP terror qruplarının hücumları ilə üzləşir.

Lakurava yanvar ayında ölkə hökuməti tərəfindən terror qruplaşması elan edilib.