

6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Avropa İttifaqı (Aİ) Şurasından verilən yazılı açıqlamaya görə, Brüsseldə Albaniya ilə keçirilən 5-ci Qoşulma Konfransında 8 fəsildən ibarət “rəqabət qabiliyyəti və əhatəli inkişaf” qrupu açılıb.
Xalqcəbhəsi.az “sondakika.com-a istinadla qeyd edir ki, sözügedən qrup 10-cu fəsil rəqəmsal transformasiya və media, 16-cı fəsil vergi, 17-ci fəsil iqtisadi və pul siyasəti, 19-cu fəsil sosial siyasət və məşğulluq, 20-ci fəsil müəssisə və sənaye siyasəti, 25-ci fəsil elm və tədqiqat, 26-cı fəsil təhsil və mədəniyyət və 29-cu fəsil Gömrük Birliyindən ibarətdir.
Aİ bundan əvvəl Albaniya ilə 15 oktyabr 2024-cü il, 17 dekabr 2024-cü il və 14 aprel 2025-ci il tarixlərində keçirilmiş Qoşulma Konfranslarında 1-ci “Təməllər”, 6-cı “Xarici əlaqələr”və 2-ci “Daxili bazar” qrupunu açıb.