NATO Estoniyaya 1000-dən çox əsgər göndərib Dünya

NATO Estoniyaya 1000-dən çox əsgər göndərib

NATO 1000-dən çox əsgərini Estoniyaya göndərib. Əsas hissəsini ingiltərəli əsgərlərin təşkil etdiyi hərbçilər Rusiya ilə Estoniya sərhədlərində hərbi təlimlərə başlayacaq.
Estoniya müdafiə nazirliyinin zabiti Roland Murofun sözlərinə görə, Estoniya ordusu hər il fərdi olaraq ənənəvi tədbirlər keçirirdi. Amma bu il Estoniya ordusunun təlimləri NATO-ilə birgə keçirməyə qərar verib: "Baltikyanı ölkələr Rusiyanın Ukraynaya müdaxiləsindən açıq formada narahatlıq hiss edir. Biz öz təhlükəsizliyimizi NATO ilə birgə olmaqda görürük".
Zabitin sözlərinə görə, təlimlər Estoniniyanın 5 bölgəsində keçiriləcək: "Biz NATO ilə Estoniyanın 5 bölgəsində hərbi təlimlərə başlayacıq. Bu bölgərin hamısı Rusiya ilə sərhəddədir. Təlimlərdə əsasən hərbi təyyarələrdən və quru qoşunlarından istifadə olunacaq".