ABŞ hakimiyyəti miqrantların, o cümlədən uşaqların ətraflı DNT-profilini hazırlayır Dünya

ABŞ hakimiyyəti miqrantların, o cümlədən uşaqların ətraflı DNT-profilini hazırlayır

ABŞ miqrasiya orqanları miqrantların DNT məlumatlarını toplayır və milli kriminal bazaya əlavə edir.

Bu barədə “The Guardian“ məlumat yayıb.

Məlumata görə, ABŞ immiqrasiya orqanları miqrantların, o cümlədən uşaqların DNT məlumatlarını toplayır və milli kriminal məlumat bazasına yükləyir. Bu barədə cari ayın əvvəlində dərc olunan hökumət sənədlərinə istinadən məlumat verilib.

The Guardian“ın yazdığına görə, bu məlumat bazası cinayət törətməkdə şübhəli bilinən və ya məhkum olunmuş şəxslərin DNT-si ilə doludur və hüquq-mühafizə orqanları bu məlumatlardan cinayət yerlərində toplanan DNT nümunələri ilə uyğunluq axtarışında istifadə edirlər.

DNT məlumatları FBI-ın idarə etdiyi Codis bazasında saxlanılır

Toplanan DNT məlumatları FBI tərəfindən idarə olunan “Combined DNA Index System” bazasında saxlanılır. Bu sistem ABŞ-ın yerli hüquq-mühafizə orqanları, ştat orqanları və federal hüquq-mühafizə orqanları tərəfindən cinayətkarların DNT məlumatlarından istifadə edərək identifikasiya məqsədilə tətbiq olunur.

Məlumata görə, sistemə yüklənən miqrant uşaqlarının və yeniyetmələrinin sayının 133 000-dən çox olduğunu bildirib. Onlardan birinin cəmi dörd yaşı olub.