12 Oktyabr 18:27
BVF 2026-2027-ci illər üzrə neftin qiymətinə dair gözləntilərini kəskin artırıb
Türkiyədə 5 minə yaxın sakin zəhərlənmə şübhəsi ilə həkimə müraciət edib
Kim Çen In Şimali Koreyanın silahlarının daha da təkmilləşdiriləcəyini elan edib
Tramp ABŞ-nin İrana qarşı müharibəsinin tezliklə başa çatacağını bildirib
2 İyun 2025 18:42
3 430
Fransanın Var bölgəsində baş vermiş hücum nəticəsində Tunis vətəndaşı olan bir nəfərin həyatını itirdiyi, bir Türk vətəndaşının isə yaralandığı bildirilib.
Xalqcebhesi.az xəbər verir ki, Fransa Daxili İşlər Naziri Bruno Retailleau sosial media hesabında etdiyi açıqlamada, 31 may tarixində Var bölgəsində bir şəxsin Tunisli qonşusunu öldürdüyünü və bir Türk vətəndaşını yaraladığını qeyd edib.
Retailleau hücumun "irqi motivli" olub-olmamasına dair istintaqın davam etdiyini, lakin şübhəlinin hücumdan əvvəl və sonra sosial mediada paylaşdığı videoların heç bir şübhəyə yer qoymadığını bildirib.
Nazir Retailleau hücumdan sonra Tunisin Parisdəki səfiri ilə görüşdüyünü, zərərçəkənin yaxınlarına başsağlığı verdiyini və gün ərzində Tunisli həmkarı ilə də görüşəcəyini bildirib. Retailleau hücuma dair açıqlamasında, “Irqçilik ağır şəkildə cəzalandırılmalıdır” ifadəsini işlədib.
Məryəm Quliyeva