

ABŞ Prezidenti Donald Tramp, İranla imzalanacaq mümkün nüvə sazişi çərçivəsində Tehranın uranın zənginləşdirilməsi proqramına icazə verilməyəcəyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, sosial media hesabında ABŞ ilə İran arasında davam edən nüvə danışıqları prosesinə dair açıqlama verib.
Tramp bildirib ki, İranın uran zənginləşdirmə proqramı əvvəlki administrasiyalar tərəfindən “çoxdan dayandırılmalı idi” və əlavə edib:
“Mümkün razılaşmamız çərçivəsində uran zənginləşdirilməsinə icazə verməyəcəyik.”
Məryəm Quliyeva