

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rusiya və Böyük Britaniyanın hazırda siyasi gündəmi yoxdur, ölkələr bir-birinə zidd mövqedədir.
Bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin “TASS Children” layihəsinə müsahibəsində deyib.
"Rusiyaya gəlmək üçün ümumi siyasi gündəmimiz yoxdur. Müzakirə ediləcək heç nə yoxdur. Hazırda siyasi və hərbi baxımdan fərqli tərəflərdəyik", - o deyib.
Kelin vurğulayıb ki, Britaniya Rusiyaya qarşı proksi müharibə aparır. “Və burada özləri də bu barədə danışırlar. Britaniya siyasətçisi, Mühafizəkarlar Partiyasının lideri Kemi Badnok bu yaxınlarda çox yaxşı bəyanat verdi.
O, doğrudan da dedi ki, Qərb Rusiyaya qarşı başqasının əli ilə, Ukrayna ilə müharibə aparır. Əgər onlar özləri bunu belə açıq etiraf edirlərsə, - biz bu barədə çoxdan danışırıq, - indi bizim ciddi siyasi təmas üçün heç bir əsasımız yoxdur", - səfir vurğulayıb.
Cavid