Niderlandda hərbi poliqonda yanğın baş verib, 1500-dən çox qaçqın təxliyə olunub
İstanbul Azərbaycan Qəzetçiləri Dərnəyinin Azərbaycan nümayəndəliyi yaradıldı
KİV: Pentaqon Almaniyadakı qoşunların azaldılması ilə bağlı Trampa hələlik plan təqdim etməyib
Trampa sui-qəsd cəhdində təqsirləndirilən şəxs məhkəmə prosesi müddətində həbsdə qalacaq
5 İyun 2025 23:52
3 717
Astana və bir neçə regionun sakinləri göydə sürətlə hərəkət edən bir neçə işıqlı obyekt müşahidə ediblər. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Xalqcebhesi.az "Qazinform"a istinadən xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi səmadakı naməlum obyektlər barədə bəyanat verib.
“Məlumatın yayılması ilə əlaqədar bildiririk ki, Qazaxıstan ərazisində hava məkanının pozulması faktı qeydə alınmayıb. Vəziyyət müvafiq xidmətlərin nəzarəti altındadır. Əhali üçün heç bir təhlükə yoxdur. Bu hadisə atmosferə daxil olan kosmik aparat qalıqları və ya meteorit axınına bənzəyir. Adətən onlar sıx atmosfer qatlarında yanaraq yer səthinə çatmırlar”, – deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Müdafiə Nazirliyi vətəndaşlara sakitliyi qorumağı və düzgün olmayan məlumatlar yaymamağı tövsiyə edir.
“Səlahiyyətli orqanlar bu hadisəni araşdırır və müvafiq açıqlama verəcək”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, daha öncə yayılan məlumatda Rusiya silahlı qüvvələrinin Ukraynaya atdığı "Oreşnik" raketinin Qazaxıstan səmasında partladığı bildirilib.
21:54
833
21:14
994
20:57
952