

İsrail Müdafiə Qüvvələri (IDF) İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının (hava hücumundan müdafiə qüvvələrinin qərargahı) "Xatəm əl-Ənbiya"nın rəisi, SEPAH generalı Əli Şadmanini gecə İrana endirdiyi zərbələr zamanı öldürüb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail ordusu İran rejiminin yüksək səviyyəli hərbi komandirini öldürüb. Dəqiq kəşfiyyat məlumatlarından sonra İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr gecə saatlarında Tehranın mərkəzində yerləşən qərargaha hücum edərək hərbi qərargah rəisi, ən yüksək rütbəli hərbi komandir və İran lideri Əli Xamneyinin ən yaxın adamı Əli Şadmanini öldürüblər” - məlumatda deyilir.
Cavid