İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
7 İyul 2025 11:02
2 072
İndoneziyada Levotobi-Laki-Laki vulkanının püskürməsi baş verib.
Xalqcebhesi.az xəbər verir ki, AP News-un məlumatına görə, püskürmə nəticəsində 18 kilometrə qədər yüksəklikdə vulkanik kül sütunu əmələ gəlib və yaxınlıqdakı kəndin üzərinə kül yağıb.
Hazırda insan tələfatı ilə bağlı məlumat yoxdur. Vulkanın təhlükə səviyyəsi son püskürmə – 18 iyun tarixindən sonra ən yüksək səviyyəyə qaldırılıb. Həmin gündən etibarən vulkan ətrafındakı təhlükəli zona 7 kilometrə qədər genişləndirilib, çünki Levotobi-Laki-Laki vulkanında püskürmələr son vaxtlar tez-tez baş verir.
Qeyd edək ki, 2024-cü ilin noyabrında baş verən vulkan püskürməsi nəticəsində 9 nəfər həyatını itirmiş, onlarla insan isə yaralanmışdı. 1584 metr hündürlüyündə olan bu dağ, Flores Timur dairəsində yerləşən və “Levotobi Qadın” vulkanı ilə “əkiz vulkan” sayılır.
Məryəm Quliyeva
16 Yanvar 22:52
1 190
16 Yanvar 22:51
1 155
16 Yanvar 22:50
1 141