Texasda sel fəlakəti: ölənlərin sayı 109-a çatdı Dünya

Texasda sel fəlakəti: ölənlərin sayı 109-a çatdı

ABŞ-ın Texas ştatında baş verən daşqın fəlakətində ölənlərin sayı 109 nəfərə çatıb, 160-dan çox itkin üçün isə axtarış-xilasetmə işləri davam edir.

Xalqcebhesi.az xəbər verir ki, Texas ştatının qubernatoru Greg Abbott, 4 iyul tarixində yağan güclü yağışların səbəb olduğu daşqınla bağlı mətbuata açıqlama verib.

Abbott, daşqın nəticəsində ştat üzrə həyatını itirənlərin sayının 109 olduğunu bildirib. O, təkcə Kerr dairəsində 161 nəfərin itkin düşdüyünü açıqlayıb. Ştat üzrə ümumi itkin sayı ilə bağlı isə əlavə məlumat verilməyib.

Qubernator Abbott qeyd edib ki, bütün itkin şəxslərə çatana qədər axtarış işləri davam edəcək.

ABŞ-ın cənubundakı Texas ştatında 4 iyul tarixində qəfil başlayan leysan yağışları nəticəsində Kerr dairəsindən keçən Guadalupe çayı daşaraq genişmiqyaslı daşqına səbəb olmuşdu.

ABŞ Prezidenti Donald Trump, fəlakətin ardından Kerr dairəsini fəlakət bölgəsi elan etmişdi.

Ştatın respublikaçı yerli rəsmiləri, Prezident Trampın qənaət siyasəti çərçivəsində büdcəsini azaltdığı Milli Hava Xidmətini, daşqın öncəsi kifayət qədər xəbərdarlıq etmədiyi və düzgün proqnoz verə bilmədiyi üçün tənqid etmişdilər.

Məryəm Quliyeva