

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Fosil yanacaqların istifadəsi nəticəsində yaranan iqlim dəyişikliyi, son günlər Avropanı təsiri altına alan isti hava dalğasında can itkisinə səbəb olub və bu itkilərin miqyasını üç qat artırıb.
Xalqcebhesi.az xəbər verir ki, Imperial College London və London School of Hygiene & Tropical Medicine (Londonda Gigiyena və Tropik Tibb Məktəbi) tərəfindən aparılan təcili əlaqələndirmə təhlilində, iqlim dəyişikliyinin Avropada son zamanlarda yaşanan həddindən artıq isti dalğalar və bu hava şəraitinin səbəb olduğu ölümlərlə əlaqəsi araşdırılıb.
Araşdırmaya görə, 23 iyun – 2 iyul tarixləri arasında Milan, Barselona, Paris, London, Roma, Madrid, Afina, Budapeşt, Zaqreb, Frankfurt, Lissabon və Sassari (İtaliya) daxil olmaqla 12 Avropa şəhərində müşahidə olunan yüksək temperatur dəyərləri, qlobal istiləşmə səbəbilə mövsüm normalarından 1-4 dərəcə yüksək olub.
Bu dövrdə temperaturla bağlı 2300 ölümün təxminən 1500-ü, iqlim dəyişikliyinin yaratdığı yüksək istilər nəticəsində baş verib. Beləliklə, iqlim dəyişikliyinin səbəb olduğu həddindən artıq istilər, can itkisinin üç qat artmasına səbəb olub.
Ən çox zərər görənlər – yaşlılar
Araşdırmaya görə, yaşlı insanlar istidən ən çox təsirlənən qrup olub. İqlim dəyişikliyi ilə əlaqəli ölümlərin 88 faizini 65 yaş və yuxarı şəxslər təşkil edib.
Bundan əlavə, 20-64 yaş arası şəxslər arasında da ən azı 183 nəfərin istiyə bağlı həyatını itirdiyi müəyyən olunub.
Sözügedən 12 şəhər arasında iqlim dəyişikliyi ilə bağlı ölüm hallarının ən çox qeydə alındığı şəhər Milan olub. Milanı Barselona, Paris və London izləyib.
Tədqiqatçılar, daha ağır isti hava dalğalarının və artan can itkilərinin qarşısını almaq üçün fosil yanacaq istifadəsinin təcili şəkildə azaldılmalı və net sıfır emissiya hədəflərinə çatılmalı olduğunu vurğulayırlar. Onlar həmçinin bildirirlər ki, Avropa üzrə temperaturla bağlı ölüm halları araşdırma nəticələrindən də yüksək ola bilər.
Məryəm Quliyeva