

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş X hesabında etdiyi paylaşımda Qəzzada aclıqdan ölənlər haqqında məlumat verib.
"Qəzzada aclıq can almağa davam edir" deyən Burş son 24 saatda biri uşaq olmaqla 14 nəfərin daha aclıqdan öldüyünü bildirib. O qeyd edib ki, Qəzzada aclıqdan ölənlərin sayı 88-i uşaq olmaqla 147 nəfərə çatıb.
Burş Qəzzada aclıqdan ölən fələstinlilərə işarət edərək "Bu rəqəmlər təkcə statistika deyil, bütün vicdan sahibi olan hər kəs üçün kömək hayqırtısıdır" deyə vurğulayıb.
O, İsrailin yardımları əngəllədiyini bildirərək "Aclıq dünyanın gözü qarşısında qəzzalı uşaqları öldürərkən körpə qidası və yeməkləri kilometrlərlə uzaqdadır. Bu səssizlik nə qədər davam edəcək?" deyib.
İsrailin blokadasına işarə edən Burş, "Bu blokada tam bir soyqırıma çevrilməmiş Qəzzada qalan canları xilas edin" deyərək çağırış edib.