“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
1 Oktyabr 2025 15:39
1 939
İndoneziya Qida və Dərman İdarəsi (FDA) yanvar-sentyabr ayları arasında məktəblərdə 103 qida zəhərlənməsi hadisəsinin baş verdiyini və 9089 uşağa təsir etdiyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, İndoneziyada prezident Prabowo Subiantonun təşviq etdiyi pulsuz məktəb yeməklərindən zəhərlənənlərin sayı artmaqda davam edir. İndoneziya Ərzaq və Dərman Administrasiyasının prezidenti Taruna İkrar Nümayəndələr Palatasında keçirilən dinləmədə bildirib ki, yanvar-sentyabr ayları arasında məktəblərdə 103 qida zəhərlənməsi hadisəsi baş verib və 9089 uşaq təsirlənib.
İkrar problemlərin yemək hazırlayan mətbəxlərdən qaynaqlandığını bildirib. “Qida zəhərlənməsi hallarında iştirak edən mətbəxlərin əksəriyyəti bir aydan az müddət idi ki, fəaliyyət göstərirdi. Agentliyin araşdırmalarına görə, qida zəhərlənməsinə səbəb yeməklərin bişdikdən 4 saat sonra paylanması, inqrediyentlərin düzgün saxlanmaması və qida təhlükəsizliyi məlumatlarının olmamasıdır.
Səhiyyə təşkilatları İndoneziya prezidenti Prabowo Subiantonun 10 milyard dollarlıq pulsuz məktəb yeməkləri proqramının dayandırılmasına çağırıb. Prabowo, təsirlənənlərin faizinin kiçik olduğunu söyləyərək proqramı müdafiə etdi.
Məryəm Quliyeva
30 Dekabr 2025 18:03
1 813
30 Dekabr 2025 17:54
1 750
30 Dekabr 2025 16:38
1 813