24 İyun 23:29
1 Oktyabr 2025 16:37
2 338
Naxçıvan şəhəri Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağı təzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisədən dərhal sonra təhlükəsizlik səbəbilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb.
Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
24 İyun 22:05
1 134
24 İyun 16:54
1 400
24 İyun 16:10
1 407