Rostovda terrorçular hazırlanır Dünya

Rostovda terrorçular hazırlanır

Rostov yaxınlığında Donbasda fəaliyyət göstərən separatçıların təlim keçdiyi böyük bir hərbi baza aşkarlanıb.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy Kiyevdə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu məlumat təkcə Ukrayna kəşfiyyatı tərəfindən deyil, əsir götürülmüş separatçılar tərəfindən də təsdiqlənib: "Bu bazada hazırda 1000 nəfərə yaxın adam var. Hərbi təlimləri rus zabitləri aparır".