Mirzoyan: Ermənistanla Azərbaycan yekun sülh sazişinin imzalanması üzrə danışıqlar aparır
Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunun üzvlərinin sayı 30-u ötüb
Məktəblilərin payız tətili günlərində hansı tamaşalar nümayiş olunacaq?
AKP sözçüsü Yunanıstan HHQ-nin C-130 təyyarəsi ilə bağlı paylaşımını pisləyib
13:26
546
Almaniya səfiri Gürcüstan Prezidenti sarayına basqını pisləməyib, lakin ötən gün Tbilisidəki aksiyaya qatılaraq ekstremistlərə dəstək ifadə edib.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O qeyd edib ki, səfir Peter Fişerlə bağlı Almaniya və Gürcüstan XİN-ləri arasında məsləhətləşmələr baş tutub.
“Məsləhətləşmələr zamanı Almaniya tərəfi bildirib ki, səfir əvvəllər yol verdiyi bu cür əməllərdən çəkinəcək. Mən hazırda Almaniya Xarici İşlər Nazirliyinin hansı addımlar atacağını gözləyirəm. XİN izahatlar təqdim etməlidir”, - Papuaşvili əlavə edib.
Spiker səfirin aksiyada gürcü kilsəsini lənətləyən Mamuka Tsutskiridze ilə fotoşəkil çəkdirməsini Gürcüstan dövəti və cəmiyyətinə qarşı təhqir adlandırıb.
Qeyd edək ki, Almaniya Gürcüstandakı səfirini məsləhətləşmələr üçün bu ilin oktyabrın 19-da geri çağırmışdı. Səfir noyabrın 6-da Tbilisiyə dönüb. Gürcüstan hökuməti diplomatı ölkədə radikal gündəmin təşviqində və Almaniya ilə münasibətlərə ciddi xələl gətirməkdə ittiham edir.