11:50
518
Noyabrn 21-dən Şərqi Azərbaycan əyalətinin Culfa rayonunun Nəmniq kəndi ərazisindən başlayan meşə yanğınını sündürmək hələ də mümkün olmayıb və yanğın daha geniş ərazilərə yayılıb.
Gunaz.tv
Bu haqda yerli media məlumat yayıb.
Bildirilib ki, dağlıq ərazidə hərəkətin çətinliyi və güclü külək səbəbindən yanğının qarşısını almaq mümkün olmayıb.
Qırmızı Aypara Cəmiyyəti, Təbii Sərvətlər Təşkilatının əməkdaşları və yerli əhali yanğını söndürməyə çalışsalar da, onlarla hektar ərazi məhv olub və yanğın başqa bölgələrə yayılır.
Əyalət mediası meşə yanğınının qarşısının alınması üçün Təbriz və başqa şəhərlərdən də könüllülərin hadisə yerinə getdiyini barədə məlumat yayıb.
Yerli mənbələrin sözlərinə görə, yanğının söndürülməsi üçün helikopter və yanğınsöndürən təyyarə göndərilməyəcəyi təqdirdə ərazini əhatə edən yanğın kəndlərə də yayılacaq, əhali köçürülməli olacaq.
Yerli əhali və sosial media fəalları bğlgədə davam edən yanğının Mazandaran əyalətindəkı yanğın səviyyəsində olmasına baxmayaraq, bölgəyə yanğınsöndürən təyyarə və helikopterlərin göndərilməməsindən narazılıqlarını bildiriblər.
Qeyd edək ki, Mazandaran əyalətində davam edən meşə yanğınlarının söndürülməsi üçün Türkiyədən də iki yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub.
11:51
588
21 Noyabr 08:58
2 429
19 Noyabr 12:18
3 367