Gürcüstanda meşə yanğını başlayıb, üç helikopter cəlb olunub Hadisə

Gürcüstanda meşə yanğını başlayıb, üç helikopter cəlb olunub

Gürcüstanın İmereti bölgəsində Xani kəndi yaxınlığında qarışıq meşə yamacında yanğın başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən, xüsusi texnika və avadanlıqlar cəlb olunub. Əməliyyatda Dövlət Sərhəd Polisinin 3 helikopetri də iştirak edir.

Xidmətin məlumatına əsasən, ərazidə operativ qərargah yaradılıb və yanğının yaşayış məntəqələrinə yayılma təhlükəsi yoxdur.