12:19
574
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri resursların səmərəli bölgüsü baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çata bilsələr, məhsuldarlıq 35–80 faiz arta bilər.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. Yeni hesabat əmək bazarındakı səmərəsizliklərin iqtisadi artımı ciddi şəkildə məhdudlaşdırdığını göstərir. Qeyd edilib ki, əmək bazarındakı struktur problemlər mövcuddur. Belə ki, Dünya Bankının məlumatına əsasən, Qərbi Avropada iş təcrübəsi əməkhaqlarına güclü təsir edir və 20–25 illik təcrübəsi olan işçilərin maaşı 60–70 faiz daha yüksək olur. Lakin Cənubi Qafqaz və Mərkəzi Asiyada təcrübənin əməkhaqqına təsiri ya çox zəifdir, ya da bəzi hallarda mənfi olur. Bu isə bazarda təcrübənin dəyərli iqtisadi resurs kimi tanınmadığını göstərir.
Mütəxəssislər bildirirlər ki, əmək və kapitalın səmərəsiz bölgüsü bu ölkələrdə məhsuldarlığın artmasını əngəlləyir. Dünya Bankının hesablamalarına görə, amil və məhsul bazarlarındakı təhriflərin aradan qaldırılması regionda iqtisadi səmərəliliyi kəskin şəkildə yüksəldə və əlavə sərmayə qoyuluşu olmadan real artım yarada bilər. Düzgün iqtisadi siyasət, rəqabət mühitinin gücləndirilməsi və əmək bacarıqlarına sərmayənin artırılması regionun məhsuldarlıq potensialını açmaq üçün əsas istiqamətlərdir.
13:44
287
13:05
490
12:27
553