Heydər Əliyev Beynəlxalq Aeroportunun yerüstü xidmət operatoru “China Southern Airlines” tərəfindən “Top Agent Award” mükafatına layiq görülüb İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportunun yerüstü xidmət operatoru “China Southern Airlines” tərəfindən “Top Agent Award” mükafatına layiq görülüb

Heydər Əliyev Beynəlxalq Aeroportunun yerüstü xidmət operatoru “ASG Ground Handling”, Asiyanın və qlobal aviasiya bazarının ən böyük aviaşirkətlərindən biri olan “China Southern Airlines” tərəfindən hava nəqliyyatına yüksək nümunəvi keyfiyyətlə və puntualıqla xidmət göstərilməsinə görə “Top Agent Award” mükafatına layiq görülüb.

“APA-Economics” xəbər verir ki, mükafat “ASG Ground Handling”in əməliyyat fəaliyyətinin əsas göstəricilərinin qiymətləndirilməsi nəticəsində təqdim edilib. Qiymətləndirmədə xüsusilə təhlükəsizlik tələblərinə riayət olunması, prosedurların dəqiqliklə icrası, hava gəmisinin dövr etmə vaxtı, xidmətlərin operativliyi və ekipajlarla qarşılıqlı əməkdaşlığın keyfiyyəti nəzərə alınıb.

1988-ci ildə təsis olunan “China Southern Airlines” Çin Xalq Respublikasının 3 ən böyük aviaşirkətindən biridir, daşımaların həcminə görə dünyada 6-cı yeri tutur və Asiya regionunun ən böyük — 900-dən çox təyyarədən ibarət hava donanmasına malikdir.

Mükafatı “ASG Business Aviation” MMC-nin direktoru Böyukağa Quliyevə “China Southern Airlines”in Azərbaycandakı nümayəndəliyinin direktoru Janq Yanq tərəfindən təqdim edilib. O, “ASG Ground Handling” komandasının yüksək peşəkarlığını, sabit əməliyyat nəticələrini və aviaşirkətin beynəlxalq yerüstü əməliyyatlarının etibarlı şəkildə təmin olunmasına verdiyi əhəmiyyətli töhfəni yüksək qiymətləndirib.

“ASG Business Aviation”ın İdarə Heyətinin sədri Teymur Məmmədov vurğulayıb ki, Azərbaycanın aviasiya xidmətləri sahəsində özəl sektorun uğurları ölkədə mövcud olan əlverişli biznes mühiti, iqtisadi sabitlik və müasir aviasiya infrastrukturunun inkişafına dövlət tərəfindən göstərilən yüksək diqqət sayəsində mümkün olub.

“Dünyanın ən böyük aviaşirkətlərindən birindən “Top Agent Award” mükafatını almaq bizim üçün böyük şərəfdir. Bu nailiyyət “ASG Ground Handling” komandasının peşəkarlığının göstəricisi olmaqla yanaşı, ölkəmizin aviasiya sənayesinin yüksək inkişaf səviyyəsini təsdiqləyir. Biz həmçinin “China Southern Airlines”in Azərbaycan və Çin arasında turizm, iqtisadiyyat və sosial əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk”, — deyə Teymur Məmmədov bildirib.

Qeyd edək ki, “ASG Business Aviation” MMC aviasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun modernləşdirilməsi, texniki imkanların genişləndirilməsi və ixtisaslaşmış aviasiya texnikası parkının yenilənməsi istiqamətində ardıcıl investisiyalar həyata keçirir.

Azərbaycan şirkəti olan “ASG Business Aviation” MMC ölkənin aviasiya sənayesinin aparıcı iştirakçılarından biridir. Şirkətdə 4200-dən çox yüksək ixtisaslı mütəxəssis çalışır və regionun ən böyük biznes aviasiya mərkəzi olan biznes aviasiya aviaşirkəti də daxil olmaqla geniş çeşiddə aviasiya xidmətləri təqdim edir.

Şirkət əməliyyat fəaliyyətini milli aviasiya qurumlarının, eləcə də ICAO, IATA/ISAGO, EU-RA3, Avropa Biznes Aviasiyası Assosiasiyası (EBAA) və digər nüfuzlu beynəlxalq aviasiya təşkilatlarının standartlarına tam uyğun şəkildə həyata keçirir.

Şirkətin bölmələrindən biri olan “ASG Ground Handling” Heydər Əliyev Beynəlxalq Aeroportunda aviaşirkətlərə geniş spektrdə yerüstü, sərnişin və perron xidmətləri göstərir, həmçinin beynəlxalq yükdaşımalarını həyata keçirən aviadaşıyıcılar üçün aviasiya-yük komplekslərinin istismarını təmin edir. Bölmə milli və beynəlxalq aviasiya tələblərinə uyğun şəkildə yüksək səmərəlilik, təhlükəsizlik və xidmət keyfiyyəti standartlarını təmin edir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yerüstü xidmət operatoru Heydər Əliyev Beynəlxalq Aeroportunun yerüstü xidmət operatoru Heydər Əliyev Beynəlxalq Aeroportunun yerüstü xidmət operatoru