17:24
588
Finlandiya 15 milyon avro dəyərində müşahidə və kəşfiyyat dronları alacaq və onların çatdırılması 2026-cı ilin əvvəlində planlaşdırılır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: "Müdafiə Qüvvələri kəşfiyyat, müşahidə və hədəflərin müəyyən edilməsi üçün əlavə dronlar, onlar üçün avadanlıq və ehtiyat hissələri alır".
Müdafiə Nazirliyinin mətbuat xidməti dəqiqləşdirib ki, çatdırılmaya "Ukrayna təcrübəsi" əsasında hazırlanmış Parrot Anafi UKR dronları daxil olacaq.
Ümumilikdə, Finlandiya alışa təxminən 15 milyon avro xərcləməyi planlaşdırır.
Məryəm Quliyeva