Çin ABŞ-ın İranın işlərinə müdaxiləsinə qarşı çıxıb Gündəm

Çin ABŞ-ın İranın işlərinə müdaxiləsinə qarşı çıxıb

Çin hakimiyyəti ABŞ-ın İranın daxili işlərinə mümkün müdaxiləsinə qarşı çıxır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

"Biz ABŞ-ın digər dövlətlərin daxili siyasətinə müdaxiləsinə qarşıyıq", - deyə o, brifinqdə Amerika hakimiyyətinin İslam Respublikasına qarşı hərbi güc tətbiq etmək perspektivlərini şərh edərkən bildirib.

Rəsmi nümayəndənin aydınlaşdırdığı kimi, Pekin Tehranın milli sabitliyin təmin edilməsi səylərini dəstəkləyir.

Məryəm Quliyeva