09:36
518
ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayının 2677-yə çatdığını açıqlayıb.
Xalqcebhesi.az "HRANA"ya istinadən xəbər verir ki, ölkə daxilində baş verən hadisələrdə 2600-dən çox insan yaralanıb, 19097 nəfər isə saxlanılıb.
Nümayişlər zamanı baş verən hadisələrdə 2677 nəfər həyatını itirib.
İran rəsmiləri hələlik etirazlarda ölən və ya yaralananların ümumi sayı ilə bağlı açıqlama verməyib.
ABŞ-ın Virciniya ştatında yerləşən "HRANA" dünənki xəbərində ölənlərin sayının 2615-ə çatdığını açıqlamışdı.
Məryəm Quliyeva