Payn: "ABŞ NATO və İsrail ittifaqından çıxmalıdır" Gündəm

Payn: "ABŞ NATO və İsrail ittifaqından çıxmalıdır"

ABŞ İsrail ilə ittifaqdan və NATO üzvlüyündən imtina etməli, həmçinin "qlobal imperiya"dan Qərb yarımkürəsinin fövqəldövlətinə keçid etməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə amerikalı hərbi analitik və ABŞ ordusunun keçmiş zabiti Devid Payn "X" sosial şəbəkəsində yazıb.

"ABŞ-ın son 25 il ərzində Yaxın Şərqdə 3,5 milyondan çox insanın və on minlərlə amerikalı əsgərin həyatı bahasına başa gələn sonsuz müharibələri qızışdıran İsrail ilə ittifaqına son qoymağın vaxtı çatıb. ABŞ-ın NATO-da iştirakı kimi, Amerikanın İsrail ilə ittifaqı da ABŞ-ın milli təhlükəsizliyinə ekzistensial təhlükə yaradır", — deyə o qeyd edib.

Paynın sözlərinə görə, əgər ABŞ Vaşinqtonun milli təhlükəsizlik sahəsində "aşkar maraqları olmayan" Avropa və Yaxın Şərqdəki münaqişələrdə "neytral qalsaydı", ABŞ üçün heç bir təhlükə mövcud olmazdı.

O həmçinin vurğulayıb ki, "sonsuz müharibələrə son qoymaq" üçün ABŞ "Amerikanı birinci yerə qoymalı", alyanslardan imtina etməli və "qlobal imperiya"dan İkinci Dünya müharibəsinə qədər olduğu kimi Qərb yarımkürəsinin fövqəldövlətinə çevrilməlidir.

Məryəm Quliyeva